Prezidentliyə namizədlər Azərbaycanda qərargah açacaq

27 Mart 2013 16:27 (UTC+04:00)

Namizədlərdən biri Möhsün Rzayi hətta "Traktor" komandasının oyununa gedərək Təbriz komandasına azarkeşlik edib. O, oyun boyunca boynundakı "Traktor" komandasının şərfi ilə diqqətləri çəkib.

Daha sonra M.Rzayi Qərbi Azərbaycan vilayətinə səfər edib. Namizədin bu hərəkəti Güney Azərbaycandan olan seçicilərin səsini qazanmağa çalışması kimi qiymətləndirilir..

"Baybak" saytının məlumatına görə isə, prezidentliyə namizədliyini irəli sürən şəxslər arasında danışıqlar başlayıb. Onlar vahid namizəd məsələsini müzakirə edirlər.

Yaxın zamanda namizədlərin Təbriz və Urmu məntəqələrində qərargah açmağa cəhd göstərəcəyi vurğulanır.

Elnarə Əlosmanqızı
AzNews.az