Mingəçevirdə nişanda kütləvi zəhərlənmə - Gəlin və daha 7 nəfər xəstəxanalıq oldu (Video)

14 Avqust 2018 00:00 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivində keçirilən məclisdə qeydə alınıb.

Yeyib-içən qonaqlardan 10-a yaxını qəfildən özünü narahat hiss edib. Ev sahibi Araz Aşurov deyir ki, zəhərlənənlər arasında nişanı olan qızı Xumarə Aşurova da olub.

Mədə bağırsaq pozuntusu keçirən 8 nəfər dərhal xəstəxanaya çatdırlıb. Səhhətlərində narahatlıq yarananlara tibbi yardım göstərlib. Xəstəxanadan verilən məlumata görə, zəhərlənlərdən 4 yaşlı Şəfa Mirzəyevanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirlib.

Hadisənin baş vermə səbəbləri dəqiq araşdırlır. Hansı qidadan zəhərlənmə olduğunu dəqiqləşdirmək üçün analizlər götürülüb.