Sosial şəbəkə istifadəçilərinin sayı azalıb

14 Avqust 2018 13:30 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, bu barədə şirkətlərin rüblük hesabatlarında bildirilib.

Məlumata görə, ""Facebook"un 50 milyon istifadəçinin şəxsi məlumatların açıq şəkildə yayması, eləcə də ABŞ -dakı prezident seçkiləri kampaniyası zamanı bu sosial şəbəkədə yalan xəbərlərin yayılması onun gündəlik auditoriyasının 3, 275 mln. nəfər azalmasına gətirib çıxarıb. Bu ilin sonuna qədər daha 3 milyondan çox istifadəçinin bu platformadan istifadəni dayandıracağı gözlənilir.

Mikrobloqlar servisi olan "Twitter"in istifadəçilərinin sayı isə rüb ərzində 1 mln. nəfər azalıb.

"Snapchat" isə istifadəçilərinin sayının 3 mln. nəfər azaldığını bəyan edib və bunu ötən ilin noyabr ayında dizaynını dəyişdiyi mobil tətbiqinin istifadəçilərinin xoşuna gəlməməsi ilə izah edib.

AzNews.az