Beynəlxalq Avtovağzal gücləndirilmiş iş rejiminə keçir - Bayrama görə

14 Avqust 2018 18:27 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Avtovağzaldan bildirilb.

Avqustun 15-dən 27-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində gün ərzində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur. Hazırda gün ərzində 400-440 nəqliyyat vasitəsilə təxminən 12 min sərnişin avtovağzaldan yola salınır.

Sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada - www.bbak.az saytından 10 gün öncədən əldə edə bilərlər. Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək.

Əlavə sual və təkliflər üçün vətəndaşlar (012) 406-01-58/59 nömrələrinə müraciət edə bilərlər.