Milyarderə məxsus təyyarəni müsadirə edəcəklər?

14 Avqust 2018 19:12 (UTC+04:00)

AZƏRTAC “The Star” qəzetinə istinadla xəbər verir ki, 1MDB Dövlət İnvestisiya Fonduna məxsus vəsaitin mənimsənilməsində şübhəli bilinən və daha çox Co Lou adı ilə tanınan milyarder hazırda həbsdə olan Malayziyanın sabiq baş naziri Nacib Razakın yaxın adamlarından hesab edilir.

Co Louya məxsus “Bombardier 5000 Global” təyyarəsi Sinqapurun hakimiyyət orqanları tərəfindən cari ilin fevralında 1MDB Fondunda mənimsəmələri araşdıran ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBR) sorğusuna əsasən saxlanılıb. Qəzetin yazdığına görə, fonddan oğurlanan vəsaitlərin böyük bir hissəsi ABŞ-da müxtəlif şəxslər və hesablar vasitəsilə yuyulub.

Bundan əlavə, Co Louya məxsus 250 milyon dollar dəyərində yaxta da Malayziya hökuməti tərəfindən müsadirə olunub.

AzNews.az