Türkiyədən ABŞ-a daha bir cavab - Bundan da imtina etdilər (Foto)

14 Avqust 2018 20:35 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkədə ABŞ istehsalı olan tikinti materiallarından imtina edilib.

Bu barədə ölkənin ətraf mühitin qorunması və şəhərsalma üzrə naziri Murat Kurum məlumat verib.

"Bundan sonra Nazirlik tərəfindən aparılan tikinti işlərində ABŞ istehsalı olan tikinti materiallarından istifadə edilməyəcək. Qərar ABŞ-ın valyuta məzənnələrinə qarşı spekulyasiyasına cavab olaraq qəbul edilib", - nazir deyib.