Genuyada matəm elan olundu

14 Avqust 2018 23:28 (UTC+04:00)

Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər meriyasının məlumatında bildirilir.

"Genuya meriyası, bu səhər bütün şəhər əhalisinin körpünün uçması nəticəsində həyatını itirmiş insanların yaxınlarına başsağlığı, həmrəylik və yaxınlığının bir əlaməti olaraq, 15 və 16-sı tarixlərini matəm günü elan edir", - deyə məlumatda qeyd olunur.

Çərşənbə və cümə axşamı günləri kommuna, dövlət idarələri və şəhərin tədris müəssisələrində Genuya, İtaliya və Avropa İttifqının bayraqları endiriləcək. Matəm əlaməti olaraq bütün əyləncəli tədbirlər ləğv ediləcək.

AzNews.az