Putin Kim Çen Inla görüşə razılaşdı

15 Avqust 2018 10:41 (UTC+04:00)

Modern.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, Putin KXDR-nın liderinin görüş təklifi barədə teleqramına müsbət cavab verib.

“Mən ikitərəfli əlaqələrin və vacib regional aktual məsələləri müzakirə etmək üçün sizinlə tezliklə görüşməyə hazır olduğumu təsdiq edirəm” – Putinin cavab teleqramında bildirilib.

Rusiya prezidenti Inı və şimali koreyalıları “ümumxalq bayramı” münasibəti ilə təbrik edib.

AzNews.az