AzNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə “TNT Sports”un jurnalisti Ernan Kastilyo şəxsi “Twitter” hesabında yazıb. O, 31 yaşlı hücumçunun bu mövsüm yığmada çıxış etməyəcəyini bildirib: “Messi millidəki karyerasını başa vurmayıb. Amma hələlik dəvət almayacaq. Onun nə zaman dönəcəyini sonra biləcəyik”.
Qeyd edək ki, Argentina millisi müvvəqəti olaraq Lionel Skaloniyə həvalə edilib. Komandanın sentyabrın 7-də Qvatemala və sentyabrın 11-də Kolumbiya ilə yoldaşlıq oyunları nəzərdə tutulub.
AzNews.az