Yunanıstandan Türkiyəyə gözlənilməz zəng

15 Avqust 2018 13:25 (UTC+04:00)

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, Yunanıstanın Müdafiə Nazirliyindən verilmiş açıqlamada bildirilib ki, Ədirnədəki hərbi bölgədə saxlanılmış və həbs olunmuş iki yunan ordusu əsgərinin dünən təxliyyə olunmasından sonra Kammenos Akara zəng edib.

Yunanıstanlı nazir telefon söhbətində məmnunluğunu ifadə edərək türkiyəli həmkarını rəsmi səfər üçün Yunanıstana dəvət edib.

Nurlan AĞA
AzNews.az