Zidan Mourinyonu əvəz etmək istəyir?

15 Avqust 2018 17:25 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, "L'Equipe" nəşri iddia edir ki, Madrid "Real"ının sabiq məşqçisi "Mançester Yunayted"də işləmək istəyir. 46 yaşlı fransalı mütəxəssis mankunianların portuqaliyalı çalışdırıcısı Joze Mourinyo ilə bağlı vəziyyəti izləyir.

Bundan əvvəl Z.Zidana Qətər millisinə məşqçilik etmək təklif olunmuşdu. Ona 4 illik müqavilə və ildə 50 milyon avro vəd edilib.

AzNews.az