16 yaşlı yeniyetmə Araz çayında boğuldu

15 Avqust 2018 17:51 (UTC+04:00)

"Report"un Aran bürosunun verdiyi xəbərə görə, hadisə Araz çayının rayonun Xubyarlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, həmin kəndin sakini, 2002-ci il təvəllüdlü Mövlan Zaur oğlu Yadigarov çayda çimərkən boğulub.

Hadisənin baş verdiyi ərazidə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən axtarışlar davam etdirilir.

AzNews.az