Anomal istilər hələ 5 il də davam edəcək

15 Avqust 2018 17:58 (UTC+04:00)

AZƏRTAC Rusiya saytlarına istinadla xəbər verir ki, proqnozlar statistikaya əsaslanıb. Məhz statistika Yer kürəsində ekstremal hadisələrin başvermə ehtimallarını, onların təkrarlanma tezliyini hesablamağa imkan yaradır. Alimlər son 50 ildə iqlimin necə dəyişməsini təhlil ediblər və bunun əsasında müəyyən nəticələrə gəliblər.

2016-2017-ci illər üçün xarakterik olan anomal dərəcədə yüksək hərarət yaxın 5 ildə də davam edəcək. Bununla yanaşı, okean üçün proqnoz daha uzunmüddətli dövrü nəzərdə tutur. İqlimşünaslar hesab edirlər ki, bütün bunlara səbəb irəliləyən qlobal istiləşmədir. İqlim planetdə 2022-ci ildən tez olmayaraq normallaşa bilər.

AzNews.az