AzNews.az-ın məlumatına görə, Qətər əmiri işgüzar səfər çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla bir araya gəlib.
3,5 saat davam edən görüşün sonunda Qətərin Türkiyəyə 15 milyard dollarlıq sərmayə qoyacağı açıqlanıb.
Tərəflər Qətər-Türkiyə əlaqələrini daha da inkişaf etdirmək qərarına gəliblər. Bundan başqa, Ərdoğanla Əl Sani gündəmdəki məsələləri müzakirə ediblər.