Tovuzda sürücü avtomobilini aşıraraq hadisə yerindən qaçdı - Fotolar

15 Avqust 2018 22:30 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Cırdaxan kəndi ərazisində yerləşən şadlıq saraylarının birinin qarşısında qeydə alınıb.

Belə ki, VAZ markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü hadisə yerindən qaçıb. Şahidlərin sözlərinə görə, sürücü sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.