ABŞ Cənubi Koreyanı “nüvə çətiri“ ilə örtəcək

28 Mart 2013 06:07 (UTC+04:00)
Pentaqonun şefi Çak Heygellə Cənubi Koreyanın müdafiə naziri Kim Qvan Çjin arasında telefon danışığı olub. Pentaqonun mətbuat xidmətinin başçısı Corc Litlin məlumatına görə, söhbət zamanı Heygel həmkarına ABŞ-ın bundan sonra da Cənubi Koreyanı "nüvə çətiri" ilə örtəcəyini bildirib.

Litlin sözlərinə görə, Çak Heygel Vaşinqton-Seul alyansının xüsusən Koreya yarımadasında gərginliyin artdığı bu günlərdə sarsılmaz olduğunu bir daha vurğulayıb.

AzNews.az