ABŞ mediası: “Amerikan birjası batır”

16 Avqust 2018 12:59 (UTC+04:00)

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, Trampın Türkiyə ilə münasibətləri ABŞ mediasının da müzakirə mövzusudur. Ölkənin və dünyanın aparıcı telekanallarından olan CNN canlı yayımda amerikan birjasının son vəziyyətini ekrana gətirərək “Türkiyə ilə iqtisadi müharibə ABŞ birjasını batırdı” – deyə, rəy bildirib.

Həmçinin “New Yorker” jurnalı da ABŞ-Türkiyə arasında olan iqtisadi münasibətlərin gərginləşməsini tənqid edərək bunun qanuni əsasının olmadığını və amerikan istehsalçılara mənfi təsir göstərdiyini qeyd edib.

Nurlan AĞA
AzNews.az