Ramil Usubov Xoşbəxt Yusifzadəni təltif etdi

16 Avqust 2018 15:20 (UTC+04:00)

AzNews.az-ın "Report"a istinadən verdiyi məlumata görə, Azərbaycanın qocaman neftçi-aliminə mükafat Daxili İşlər Nazirliyində təqdim olunub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yubiley medalı ilə təltif olunması münasibətilə akademik Xoşbəxt Yusifzadəni təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür, istehsalat fəaliyyətində və elmdə yeni nailiyyətlər arzulayıb. Nazir qeyd edib ki, X.Yusifzadənin şərəfli ömür yolu və respublikanın neft-qaz sənayesinin inkişafında böyük xidmətləri ölkəmizin daxili işlər orqanlarının əməkdaşları üçün də böyük örnəkdir.

Akademik X.Yusifzadə mükafat üçün minnətdarlığını bildirib, ölkədə asayişin, əmin-amanlığın qorunması işində Azərbaycan polisinə uğurlar arzulayıb.

AzNews.az