Azərbaycanda zəlzələ olub

28 Mart 2013 08:30 (UTC+04:00)



AzNews.az bu barədə FHN-nin rəsmi saytına istinadən məlumat verilib.

Məlumatda deyilir ki, 28 mart 2013-cü il tarixində saat 02:14-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 28 mart 2013-cü il tarixində Bakı vaxtı ilə saat 01:25-də Bərdə şəhərindən 15 km şimalda zəlzələ qeydə alınıb.

Yeraltı təkanların gücü episentrdə 3 bal olub.
Yeraltı təkanlar Bərdə şəhərində hiss olunub. İlkin məlumata əsasən dağıntı və insan tələfatı olmayıb.

AzNews.az