"O vaxtdan təyyarəyə minmirəm" - Nüşabə Ələsgərli

16 Avqust 2018 19:34 (UTC+04:00)

AzNews.az Axşam.az-a istinadən xəbər verir ki, əməkdar artist Nüşabə Ələsgərli “10-dan sonra” verilişinin qonağı olub.

Müğənni təyyarə qorxusundan danışıb. İfaçı bildirib ki, məhz buna görə 1 ildir dincəlməyə getmir:

“İstirahətə gedərdim, ehtiyacım da var. Ötən il iyunda təyyarədə güclü qorxu keçirmişəm. Təyyarə hava boşluğuna düşdü və uzun davam etdi. O qədər aşağı, yuxarı çırpıldım ki... Bərk qorxdum. O vaxtdan təyyarəyə minmirəm. Dostlarım var, Moskvaya dəvət ediblər. Ora dincəlməyə gedəcəm, amma qatardan istifadə edəcəm”.