Hindistanda daşqınlar faciəvi hal aldı - Ölənlər durmadan artır

16 Avqust 2018 22:23 (UTC+04:00)

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, daşqınlar nəqliyyat və təhsil müəssisələrinin işini iflic edib.

Keralanın baş naziri Pinarayya Vicayan ölkənin baş naziri Narendru Modini ştata əlavə yardım göstərməyə və daha çox hərbçi və vertolyot ayırmağa çağırıb.

Kerala ştatı ötən həftənin ortalarından musson yağışlarının mərkəzinə çevrilib. Təbii fəlakət daşqın, sel və sürüşmələrə səbəb olub, hətta bütöv rayonlar su altında qalıb.

Vicayan bildirib ki, cari ildə region təqribən son 100 ilin ən dağıdıcı musson yağışları ilə üzləşib.

AzNews.az