Pittdən Coli ilə bağlı yeni dəlillər - Qalmaqallar bitmək bilmir

16 Avqust 2018 22:52 (UTC+04:00)

Axşam.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, artıq iki ildir gündəmdən düşməyən məsələ ilə bağlı yeni iddia ortaya atılıb. Bred Colidən uşaqları almaq üçün əlindən gələni edir.

Bred uşaqlarını bir gündən bir görmək üçün məhkəməyə yeni sənədlər təqdim edib. Bu məsələ məhkəmədə avqustun 21-də müzakirə ediləcək.

Qeyd edək ki, hakim Colidən Los-Ancelesə köçməyi və uşaqların nömrəsini Pittə verməsini tələb etmişdi. Ancelina hələ də məhkəmənin bu qərarını reallaşdırmayıb.

AzNews.az