Türkiyə seriallarında Mübariz İbrahimov qəhrəmanlığı- VİDEO

28 Mart 2013 08:44 (UTC+04:00)


Əsgərlərdən biri digər əsgər yoldaşlarına Mübariz İbrahimov haqqında danışır. Əsgər bildirir ki, Mübariz İbrahimov Azərbaycanın milli qəhrəmanlarından biridir. 2010-cu ildə şəhid olub. Qarabağda xidmət edən gizir idi.

Bir gün səhər komandirləri Mübariz atasına zəng edib, oğlunun hərbi hissənin tərk etdiyini bildiriblər. Atası isə deyib ki, oğlum hərbi hissədə deyilsə, düşmənin olduğu tərəfə baxın, mütləq ora gedib. Elə də oldu. Mübariz həmin gecə təkbaşına ermənilərin hərbi hissəsini basdı. Cəbbəxananı ələ keçirdi və oradakı silahlarla sabaha qədər döyüşdü. Sonra isə süngü ilə yenə təkbaşına hücumunu davam etdirdi. Şəhid düşdü. Amma şəhid düşənə qədər tam 45 düşmən əsgərini öldürdü.

Cəsədinə belə işgəncə verdilər. Azərbaycanlılar şəhidin nəçini ancaq iki ay sonra ala bildilər. Hələ də əlləri bağlıydı. Adamın cəsədindən belə qorxmuşdular.

AzNews.az