Qəbiristanlıqda intihar etdi

28 Mart 2013 09:35 (UTC+04:00)


Martın 27-də Şəki rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Axundov prospektində yaşayan 1950-ci il təvəllüdlü Sultanov Arif Mustafa oğlu özünü şəhər qəbiristanlığında asıb. A.Sultanovun asılı vəziyyətdə qalmış meyiti qəbiristanlıqda ağacdan tapılıb.

Faktla əlaqədar cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

AzNews.az