Generalın avtoritet kürəkəni

28 Mart 2013 10:55 (UTC+04:00)


Bu gün Rusiya Ali Məhkəməsində maraqlı bir işə baxılacaq. Belə ki, 43 yaşlı təhqiqatçı, 2 il azadlıqdan məhrum edilən Vladimir Tyurenkovun apelyasiya şikayətinə baxılacaq. O, "Qlıba" ləqəbli kriminal avtoritet, general Şamanovun kürəkəni Aleksey Xramuşinin rəhbərlik etdiyi cinayətkarın dəstənin törətdiyi bir cinayətin təhqiqatı ilə məşğul olduğu zaman səlahiyyətlərini aşaraq qanunsuz dinləmədə ittiham edilib.

AzNews.az "Московский комсомолец"ə istinadən xəbər verir ki, adı cinayətdə hallandırılan kriminal avtoritet isə hələ də azadlıqdadır v böyük ehtimalla xarici ölkələrdən birində gizlənir. Onun qaçmasına isə Çeçenistanda hərbi əməliyyatlarda fərqlənən general Vladimir Şamanovla qohumluq əlaqələrinin böyük rol oynadığı vurğulanır. Hazırda generalın kürəkəni olan Aleksey Xramuşin tatar qruplaşmasını rəhbəri hesab edilir.

Məhkəməsi davam edən Vladimir Tyurenkov isə qaçan kriminal avtoritetin yerini müəyyənləşdirə bilib, ancaq bu onun özünün əleyhinə olub və həbs edilib.

Hüquq-mühafizə orqanları adıçəkilən qruplaşmanın rəhbəri ilə hələ 2006-cı ildə maraqlanmağa başlayıblar. Abxaziyadan olan killer Poman Terpan polisə ifadəsində hazırlanan cinayətlər barədə ətraflı məlumat verib. Bunların arasında "Şelkovski" holdinqinin direktoru Dmitri Barçenkova sui-qəsd də daxil olub. Bir neçə dəfə onu oğurlamaq və sui-qəsd planları hazırlansa da bu baş tutmayıb. Nəhayət 2006-cı ildə direktorun maşını partladılıb, ancaq Barçenkov qəlpə yaraları almaqla canını qurtarıb. Bu zaman istifadə edilən partlayıcıdan ancaq ordunun istifadə etdiyi isə təhqiqatçıları heyrətləndirib.

Hadisəni törədənlərin bir neçəsi 2006-cı ildə həbs edilib. Onların da arasında bəzi mənbələrdə tatar və azərbaycanlılar olduğu bildirilən Aleksey Zvezdov, Feyruz Məmmədov, Yaşar Əhmədov, Anatoli Tereşenko və Pavel Uşakovun adı var. Ancaq cinayətin sifarişçiləri olan Aleksey Xramuşini və Yuri Kopeyevi tapmaq mümkün olmayıb. Yuri Kopayev öldürülməsi planlaşdırılan holdinq rəhbəri ilə bazarı bölə bilmirdi.

Bu işi araşdıran təhqiqatçı Tyurenkova geri çəkilmək üçün hətta külli miqdarda rüşvət də təklif olunub. Ancaq daha sonra təhqiqat zamanı səlahiyyətlərini aşmaqda ittiham edilərək həbs edilib. Onun həbsində Qlıbanın keçmiş komandir olan qayınatasının rolunu olduğu bildirilir.

2011-ci ildə Qlıbanın bandasının üzvlərinə hökm oxunub. Eləcədə sui-qəsdin digər sifarişçisi olan Yuri Kopayev 15 il azadlıqdan məhrum edilib. Ancaq bandanın rəhbəri Xramuşini həbs etmək mümkün olmayıb.

Məsələdə adı hallandırılan general isə bunları söyləyib: "Qafqaz seperatçıları... Onlar Barçekova sui-qəsd işindən istifadə edərək kürəkənimi hədəfə almaq istəyirlər".

Elnarə Əlosmanqızı
AzNews.az