Yük maşını aşdı - Yaralanan var

18 Avqust 2018 17:54 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının 363-cü kilometrliyində, Yevlax rayon ərazisindən keçən hissəsində baş verib.

Şəmkir rayonundan Bakı istiqamətinə hərəkətdə olan "QAZel" markalı kiçik həcimli yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, Şəmkir rayon sakini, 1967-ci il təvəllüdlü Gülnarə Həsənova müxtəlif bədən xəsarəti alıb. O, xəstəxanaya yerləşdiriib. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hadisə zamanı yüngül xəsarət alan avtomobilin sürücüsü və daha bir sərnişininə isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az