Beynəlxalq hüquq şirkəti TANAP-a kredit ayrılmasını dəstəklədi

18 Avqust 2018 18:35 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumatıa görə, zəmanətin dəyəri 1,1 milyard dollar təşkil edir, 15 il müddətinə təqdim olunur. Kreditdən "Cənub Qaz Dəhlizi" QSC istifadə edəcək.

Dünya Bankı Qrupuna daxil olan MIGA-nın zəmanəti Azərbaycan QSC-nin kredit üzrə ödəniş öhdəliyinə suveren zəmanəti yerinə yetirməyəcəyi təqdirdə müdafiəni təmin edəcək.

Kreditorlar konsorsiumu "AKA Bank", "Citi", "Crédit Agricole CIB", ING, LBBW, "Santander" və "Société Générale"dən ibarətdir.

AzNews.az