Gədəbəydə yanğın

19 Avqust 2018 14:43 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Qoşabulaq kəndində ümumi sahəsi 140 m² olan ikimərtəbəli 6 otaqlı evin 2 otağının yanar konstruksiyaları 45 m² sahədə və dam örtüyü 140 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.