İlhamə Quliyeva borc məsələsinə aydınlıq gətirdi

28 Mart 2013 10:48 (UTC+04:00)


Xalq artisti İlhamə Quliyeva Moskvada yaşayan Ümumrusiya Azərbaycanlılar konqresinin sədri Mirəşrəf Fətiyevdən 35 min ABŞ dollar borc pul aldığı xəbəri yayılıb. İddiaya görə, M.Fətiyev dəfələrlə ona zəng etsə də, xalq artisti onun telefonuna cavab verməyib. İş adamı onu da bildirib ki, o, pulunu məhkəmə yolu ilə alacaq.

İ.Quliyeva AzNews.az-a açıqlamasında bildirdi ki, bu ağ yalandır: "Mən Mirəşrəf Fətiyevi uzun illərdir ki, tanıyıram. İctimai xadimdir. Bu söhbətin haradan və nədən qaynaqlandığını gözəl bilirəm. Mənim kimliyim hamıya bəllidir. Bu şər-böhtanın nöqtəsini qoymağı bacaracağam. Qəti deyirəm ki, elə bir şey həyatımda yaşanmayıb. Onu da bilirəm ki, Mirəşrəf Fətiyevin heç bu yazıdan xəbəri də yoxdur".

AzNews.az-a daxil olan məlumata görə, M.Fətiyevin "bəyanat"ı əslində dünən portalların birinə verilib. Özü də xalq artisti Nazpəri Dostəliyeva tərəfindən. Amma həmin portalın rəhbəri bu məlumatın dərc olunmasına qarşı çıxıb. Səbəb isə iş adamının özünün redaksiya ilə əlaqə yaratmaması olub.


Bahar Rüstəmli
AzNews.az