Çayların çirklənmə vəziyyəti - TƏHLÜKƏ varmı?

19 Avqust 2018 16:48 (UTC+04:00)

AzNews.az Nazirlikdən verilən məlumata görə, avqust ayının I ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının III ongünlüyünə nisbətən 39,6 kubmetr/san azalaraq 75,4 kubmetr/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2 məntəqəsində biogen maddələrin miqdarının normadan artıq olması müşahidə olunub.

Avqust ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafaçay su anbarında, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə 2 dəfə yol verilən qatılıq həddini keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.70-7.67 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.