Azərbaycanlı "qanuni oğru" saxlanıldı - Ukraynada (Video)

19 Avqust 2018 19:52 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bunu öz "Facebook" səhifəsində Ukrayna Milli Polisinin rəis müavini Vyaçeslav Abroskin yazıb.

"Ötən gün axşam Kiyev vilayətinin polis əməkdaşları 1985-ci il təvəllüdlü "qanuni oğru" saxlayıblar. Cinayət aləmində Dato Ağcabədinski ləqəbi ilə tanınır. Bu "turist" cari ilin may ayında da Kiyev və Lvov polisləri tərəfindən saxlanılıb. Onun barəsində ölkəyə girişinə 3 il qadağa qoyulmaqla Ukrayna ərazisindən çıxarılma qərarı verilib", — deyə Abroskin bildirib.