Misirin müdafiə naziri Rusiyaya gəlir

20 Avqust 2018 09:00 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, nazirin Misir silahlı qüvvələrinin yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə Rusiyaya səfəri bir neçə gün davam edəcək.

Səfər zamanı Məhəmməd Əhməd Zaki Misir-Rusiya birgə hərbi komissiyasının beşinci iclasında və "Armiya-2018" hərbi-texniki forumunda iştirak edəcək.

AzNews.az