Kəbənin örtüyü açıldı - Hacılar çaşdı

20 Avqust 2018 10:56 (UTC+04:00)

AzNews.az “Milliyet”ə istinadən xəbər verir ki, indiyə kimi Kəbənin böyük bir hissəsini heç vaxt açıq şəkildə görməmiş hacılar çaşqınlıq yaşayıblar. Ərəfat dağına doğru yola çıxmış hacılar küləkdən dolayı çətinliklə üzləşərkən Kəbənin örtüyünün açılması da hacıları qorxudub.

Qeyd edək ki, Kəbənin köhnə örütüyünün təzəsi ilə dəyişilməsi müəyyən vaxt aparır. Bayram axşamından başlanılan proses bayram səhərinə qədər tamamlanmış olur.

Saf ipək və dörd qızıl parçadan ibarət olan 47 metrlik Kəbə örtüyünün üstündə qızıl və gümüş işləmələrlə ayələr və dualar da yazılıb.

Nurlan AĞA
AzNews.az