Xəstəxanada müəmmalı intihar

20 Avqust 2018 13:33 (UTC+04:00)

AzNews.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə 2 saylı Şəhər Xəstəxanasında baş verib.

Şəhərin Corat qəsəbə sakini, 1952-ci il təvəllüdlü Məhrubə Əsgərova müalicə aldığı xəstəxananın 5-ci mərtəbəsində yerləşən palatadan özünü ataraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az