Avtovağzaldan sərnişinlərə şad xəbər

20 Avqust 2018 14:26 (UTC+04:00)

AzNews.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Yaşar İsakovun sözlərinə görə, bayram günü reysə 600-dən çox nəqliyyat vasitsəsi çıxacaq:

“Avqustun 15-dən 27-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur.

Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 400-440 nəqliyyat vasitəsilə təxminən 12 min sərnişin avtovağzaldan yola salınır”.

Yaşar İsakov qeyd edib ki, sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada 10 gün öncədən əldə edə bilərlər.

Bahar RÜSTƏMLİ
AzNews.az