Bakı polisi bu uşağı axtarır

20 Avqust 2018 15:31 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Zığ qəsəbə sakini Hacıyeva Mədinə Yüzbəy qızı avqustun 18-də Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək onunla birgə yaşayan 2006-cı il təvəllüdlü nəvəsi Hacıyev Nadir Abdulla oğlunun avqustun 16-da saat 10:00 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı barədə məlumat verib.

Faktla bağlı Suraxanı rayon polis idarəsinin 33-cü polis bölməsində araşdırma aparılır.

AzNews.az