Əhmədinejat Pan Gi Munla danışdı

28 Mart 2013 12:08 (UTC+04:00)


APA-nın İran prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, M. Əhmədinejad ölkəsinin Nyu-Yorkda keçirilməsi planlaşdırılan beynəlxalq tərksilah konfransında silah ticarətinin qadağasına dair sazişin təsdiqlənməsi ilə razılaşdığını bildirib: "İran xarici qüvvələrin təcavüzünə məruz qalan və terrorizmdən ciddi əziyyət çəkən ölkə kimi prinsipial olaraq bu sazişi dəstəkləyir. Silah ixracı və alqı-satqısı dünyada müharibə və terrorizmin genişlənməsi üçün əsas zəminlərdən biridir və silahların yerinin dəyişdirilməsinə nəzarət beynəlxalq təhlükəsizliyə əsaslı kömək edə bilər".

P. Mun isə öz növbəsində həmin konfransda iştirak edəcək bütün ölkələrin bu sazişin təsdiqlənməsinə müsbət rəy verəcəklərinə ümidvar olduğunu deyib: "Konfransın rəhbərliyi çalışır ki, bu sazişin yekun mətnini bütün ölkələrin razılığı ilə təsdiqlətsin. Bu istiqamətdə konfransda iştirak edən İran nümayəndə heyətinin rəylərindən də faydalanacaqlar".

AzNews.az