483 nəfər zəlzələnin qurbanı oldu

21 Avqust 2018 10:37 (UTC+04:00)

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin İctimai İşlər və Təhlükəsizlik Nazirliyinin rəsmisi Qarri Hikmət etdiyi yazılı açıqlamada bildirib.

Açıqlamada, avqust 5-də adada baş verən 7 bal gücündə zəlzələdə ölənlərin sayının 471 olduğu, dünən 6,3 və 6,9 bal gücündə ardıcıl iki zəlzələdə isə 12 nəfərin həyatını itirdiyi bildirilir.

Lombok adasında 15 gündə 800-dək zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində 2 minə qədər binaya ziyan dəyib.

Adada axtarış xilasetmə işləri davam edir. Ölü sayının çox olacağı bildirilir.

AzNews.az