Bakıda taksi dayanacaqları ləğv olunur

21 Avqust 2018 11:54 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev mətbuat konfransında deyib.

O qeyd edib ki, Bakı şəhərində yeni taksi dayanacaqları müəyyən edilir:

“Çalışırıq ki, taksi dayanacaqlarının yerlərini elə müəyyən edək ki, həm sərnişinlər üçün rahat olsun, həm də hərəkətə mane olmasın".

M.Ağayev bildirib ki, Bakıda təqribən 180 taksi dayancağı var: "Hazırda hərəkətə mane olan taksi dayanacaqlarının yerlərinin müəyyən edilərək ləğv edilməsi işləri aparılır".

AzNews.az