AzNews.az xəbər verir ki, hadisə “Nizami” metrostansiyasında qeydə alınıb. Qatar stansiyaya daxil olanda 1968-ci il təvəllüdlü Ağdaş rayon sakini Tərlan Yusifov özünü stansiya yoluna atıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hadisəni təsdiqləyib:
“Dərhal təmas relsindən gərginlik çıxarılıb. Təcili Tibbi Yardım çağırılıb və sərnişin qatarın altından çıxarılıb. Tərlan Yusifov heç bir xəsarət almayıb”.
Bahar RÜSTƏMLİ
AzNews.az