Nazənin “ər davası”nda Təranə Qumralı uddu - Məhkəmə qərarı

21 Avqust 2018 17:22 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında müğənni Nazənin həmkarı Təranə Qumral ilə olan məhkəmə prosesində çıxarılan qətnaməyə münasibət bildirərkən deyib. Sənətçi hazırda Bakıda olmadığını bildirib:

“Heç nədən xəbərim yoxdur. Vəkillə danışın”.

Bu gün uzun zamandır ki, Nazəninlə Təranə Qumral arasında “Səni ərimlə tutdum” ittihamına görə, başlayan qalmaqalın sonu Nazəninin xeyrinə başa çatıb. Məhkəmənin hökmü ilə Təranə Qumral məhkum olundu və 4000 manat cərimə ödəyəcək.

Xatırladaq ki, tərəflər arasında dava ANS kanalında gedən “Bazar səhəri” verilişindən başlayıb. Canlı efirə zəng edən Nazənin orada qonaq olan Təranə Qumrala “Səni ərimlə tutdum” deyə bildirmişdi. T.Qumral isə “Nazənin 7 dəfə ərdə olub” deyərək qarşı tərəfin ittihamını cavabsız buraxmamışdı.

Bahar RÜSTƏMLİ
AzNews.az