82 yaşlı atanı oğulu döydü - Sumqayıtda

21 Avqust 2018 20:11 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsinin Betonzavod ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1936-cı il təvəllüdlü Mahmud Müslüm oğlu Məmmədov öz oğlu tərəfindən döyülüb. Xəstəxanaya çatdırılan yaşlı kişinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.