Tarif Şurasından "Aİ-92" markalı benzinlə bağlı açıqlama

21 Avqust 2018 23:33 (UTC+04:00)
Tarif Şurasından daxil olan məlumata görə, Aİ 92 markalı benzininı qiymətı dəyişdirilməyib və yayılan xəbərlər həqiqətə uyğun deyil.

Həmin mənbənin verdiyi məlumata görə, 92 markalı benzinin dəyərində hər hansı artım nəzərdə tutulmayıb.

Avqustun 19-da axşam saatlarında Azərbaycanda "Premium Euro-95” və "Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Yeni tariflərə əsasən, "Premium Euro-95”in satış qiyməti 1,50 manat, "Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.

AzNews.az