TRT soyqırımla bağlı iki proqram hazırlayıb

28 Mart 2013 12:59 (UTC+04:00)
TRT Azərbaycanın dərdinə şərik olmağa davam edir. TRT-nin Bakı təmsilçiliyindən apa-ya verilən məlumata görə, 31 Mart – Dünya Azərbaycanlılarının Soyqırımı Günü TRT-nin dörd kanalında yayımlanacaq xəbər və proqramlarla dünyaya çatdırılacaq.

TRT-nin Bakı təmsilçiliyi tərəfindən bu mövzuda "Tarixin qara səhifəsi" və "Qafqazlardan əsən yellər’’ adlı iki proqram hazırlanıb. Bu proqramlar "TRT Haber", "TRT Türk", "TRT Avaz" və "TRT Anadolu" kanallarında yayımlanacaq. "Tarixin qara səhifəsi" Azərbaycan İqtisad Universitetində keçiriləcək tədbirdə iştirakçılara təqdim ediləcək.

AzNews.az