Məscidlərdə bayram namazı qılındı

22 Avqust 2018 09:25 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, Təzəpir məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edib.

QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqust ayının 22 və 23-ü qeyri-iş günüdür.

AzNews.az