Dəmir yolu stansiyasından 25 ton rels oğurladılar

22 Avqust 2018 14:29 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Şirvan dəmir yolu stansiyasının ərazisindən 25 ton relsi oğurlayıb apararkən İmişli rayon sakini Elvin Abbasov və Neftçala rayon sakini Bəhruz Zeynalov saxlanılıblar.

AzNews.az