Bazara göyərti satmağa getdi - Evinə tabutda gəldi

22 Avqust 2018 14:35 (UTC+04:00)

Rayonun Ərəbqardaşbəyli kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Saday Hüseynov 5 il bundan öncə ürəyindən əməliyyat olunub:

“Saday kişi ürək xəstəsi idi. Əməliyyat olunmuşdu. Əməliyyatdan sonra həkimlər ona ağır işə icazə vermədiyindən bazarda lövbər salıb, gününü göyərti satmaqla yola verirdi. Az-çox qazanıb ailəsini dolandırırdı. Həm də kiməsə ağız açmadan dava-dərmanını alırdı. Bu gün də bayram günü alver yaxşı olar deyə səhər tezdən bazara gedib. Satacağı göyərtiləri səliqə ilə piştaxtanın üstünə düzüb. Bir-iki dəstə satmış qəfil halı pisləşib. Elə oradaca dünyasını dəyişib”.

Bahar RÜSTƏMLİ
AzNews.az