Qılıncdaroğluna hücum edən terrorçu öldürüldü

22 Avqust 2018 15:16 (UTC+04:00)

AzNews.az “Milliyet”ə istinadən bildirir ki, Türkiyədə təhlükəsizlik qüvvələri Yeşilköy çölündə terrorla mübarizə əməliyyatları apararkən bir qrup terroristlə üz-üzə qarşıdurma yaşayıb.

Əməliyyat nəticəsində iki terrorist zərərsizləşdirilib. Proses davam edir.

Qeyd edək ki, terroristlərdən biri PKK ilə sıx əlaqəsi olduğu bilinən Barış Önər adlı şəxsdir. Onun CHP (Cumhuriyet Halk Partisi) sədri Kemal Kılıçdaroğlunun maşın karvanına hücum əmrini verdiyi üzə çıxmışdı.

Nurlan AĞA
AzNews.az