Tramp Avropanı da hədələdi

22 Avqust 2018 15:23 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən bildirir ki, Tramp Aİ ölkələrindən ABŞ-a ixrac olunan bütün avtomobillərə 25% əlavə gömrük vergisi tətbiq edəcəyini deyib.

Trampın bu açıqlaması ABŞ ticarət naziri Vilbur Rossun avtomobil vergiləri haqqında hesabatının gecikdiyi bir vaxtda verilib. Ross bu gecikmənin səbəbi olaraq Avropa Komissiyası, Meksika və Kanada ilə danışıqları göstərib. O, hesabatın yayımlanması üçün hansısa bir tarixin bəlli olmadığını bildirib.

Nurlan AĞA
AzNews.az