AzNews.az xəbər verir ki, partiya sədri “Habertürk”ün canlı yayımında Yunanıstanın çevrilişə cəhd etmiş şəxslərlə bağlı verdiyi qərarı tənqid edərək, “Ümid edirəm ki, Yunanıstan bu cür münasibətlərinə görə “9 sentyabr”ı xatırlayacaq hala gəlməz” – deyə, bildirib.
O, Trampın Türkiyə ilə münasibətlərinə də aydınlıq gətirərək, bunun təkcə rahib məsələsi olmadığını, ABŞ-ın “15 iyul”un pərdəarxasında yer almış separatçı müttəfiqlərini qorumaq istədiyini vurğulayıb.
Qeyd edək ki, 1922-ci ilin 9 sentyabrında türk ordusu Yunanıstan qüvvələrini darmadağın edərək İzmiri geri qaytarıb.
Nurlan AĞA
AzNews.az